ATXƏM Şirvan və Qaraçalada futbolun inkişafına dəstək verir - FOTO

Hazırda oxunan: ATXƏM Şirvan və Qaraçalada futbolun inkişafına dəstək verir - FOTO

207100

“Azərbaycanlıların və digər türkdilli xalqların əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin (ATXƏM) sədri İlham İsmayılovun təşkilatçılığı ilə və tanınmış futbol məşqçisi Namiq Ağadədə oğlu Bəşirovun rəhbərliyi altında Şirvan Olimpiya Kompleksində və Salyan rayonunun Qaraçala qəsəbəsində Şirvan şəhərinin və Qaraçala qəsəbəsinin azyaşlılardan və yeniyetmələrdən ibarət 3 yaş qrupunda futbol komandaları arasında təlim məşqləri və yoldaşlıq  görüşləri keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə ATXƏM İB-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yarışların keçirilməsində əsas məqsəd yetişməkdə olan gələçək nəslin fiziki sağlamlığı, cəmiyyətimizdə mövcud olan neqativ vərdişlərdən kənar olmaları, Vətənimiz, millətimiz üçün layiqli övlad kimi formalaşmaları, sağlam bədənlərdə, sağlam əqidənin yetişdirilməsidir.  

Necə deyərlər, "sağlam bədəndə, sağlam ruh olar"

Qeyd edək ki, özünün futbol ənənələri olan "Qaraçala" futbol komandası 2014-cü ildə Regional Futbol Liqasında Azərbaycan çempionu olub və Azərbaycanı Pribaltikada və İtaliyada təmsil edib. Məlum səbəblərdən arada yaranan fasilədən sonra yeniyetmələr yenidən təlim məşqlərinə başlayıb və yoldaşlıq görüşləri, yarışlar keçirərək ənənəni davam etdirirlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin