İşğaldan azad olunmuş ərazilərdə xeyli sayda silah-sursat AŞKARLANDI - FOTO

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdə xeyli sayda silah-sursat AŞKARLANDI - FOTO

207098

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, həyata keçirilən tədbirlərlə 10-16 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 8 avtomat silahı, 2 tapança, 8 tüfəng, 29 qumbara, 24 alışdırıcı, 2 mərmi, 15 süngü-bıçaq, 131 patron darağı, 3480 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Kəlbəcər rayonu ərazisindən 1 avtomat silahı, 6 qumbara, 1 süngü-bıçaq, 4 patron darağı, 417 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 1 avtomat, 1 tapança, 2 tüfəng, 3 mərmi, 1 qumbara, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron, Cəbrayıl rayonu ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 3 paatron darağı və 112 ədəd müxtəlif çaplı patron, Xocavənd rayonu ərazisindən 2 avtomat silahı, 1 süngü-bıçaq, 4 patron darağı və 102 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qeyd edilib ki, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin