Şimşək çaxıb, arabir yağış yağıb – FAKTİKİ HAVA

Hazırda oxunan: Şimşək çaxıb, arabir yağış yağıb – FAKTİKİ HAVA

207053

Avqustun 17-si saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 10 mm, Lerikdə 9 mm, Zaqatala, Göygöldə 8 mm, Mingəçevirdə 7 mm, Astarada 4 mm, Şahdağ, Qrız, Gədəbəy, Oğuz, Şəki, Qobustan, Lənkəran, Qəbələ, Xaltan, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Gəncə, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Yardımlı, Qax, Füzulidə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Avqustun 16-da şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.

Naftalan, Gəncə, Şəmkir, Daşkəsən, Goranboy, Göygöl, Ağdam, Balakən, Qax, Şəki, Lerik, Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, aran rayonlarında 29, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin