“Meta” Rusiyada Azərbaycan, Gürcüstan və Ermənistana qarşı yönəlmiş yüzlərlə saytı BLOKLADI

Hazırda oxunan: “Meta” Rusiyada Azərbaycan, Gürcüstan və Ermənistana qarşı yönəlmiş yüzlərlə saytı BLOKLADI

206997

“Meta” şirkəti Rusiyada Azərbaycan, Gürcüstan və Ermənistana qarşı yönəlmiş yüzlərlə təbliğat resurslarını ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir. 

Belə ki, “Meta” sosial şəbəkələrin siyasətini pozduqlarına görə, “Facebook”da 76 saxta hesabı və 30 səhifəni, həmçinin Rusiya mənşəli 11 “Instagram” hesabını silib. Şirkət rəsmilərinin sözlərinə görə, bu saxta hesablar şəbəkəsinin hədəfi Gürcüstan, Ermənistan və Azərbaycan olub.

Azərbaycan əleyhinə yazılarda Qərb tənqid edilib;

Gürcüstanda şəbəkə “xarici agentlər” qanununa qarşı son etirazları tənqid edən, hakim “Gürcü Arzusu” partiyasına dəstək nümayiş etdirən məzmun yayıb;

Ermənistanda bu şəbəkə rusiyayönlü povestləri təbliğ edir və Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini tənqid edirmiş.

Məlumata görə, söhbət konkret ölkələrə təsir etmək üçün nəzərdə tutulmuş informasiya şəbəkəsindən gedir. Şəbəkəyə, məsələn, Gürcüstanda Georgia Today (sakartvelo-today.org), Azərbaycanda Yerli.Media (yerlimedia.org) və Ermənistanda Lurer Media (lurermedia.org) kimi saxta saytlar daxildir. Bu saytların hamısı Moskvada qeydiyyatdan keçmiş marketinq şirkəti IMA Digital ilə əlaqələndirilir.

“Meta”ya görə, bu xəbər saytları daha qanuni və etibarlı görünmək üçün YouTube, Telegram və TikTok da daxil olmaqla, müxtəlif platformalarda da mövcud olub. “Facebook” və “Instagram” hesablarının bağlanmasına baxmayaraq, bu saytlar gürcü, erməni, azərbaycan və rus dillərində fəaliyyət göstərməyə və “qaynar xəbərlər” dərc etməyə davam edirmişlər.

“Facebook” və “Instagram”da şəbəkənin arxasında duran şəxslər saxta hesablardan istifadə edib, səhifələri manipulyasiya edir və istifadəçiləri öz vebsaytlarına cəlb etmək üçün mesajlar dərc ediblər.

Məzmunu “Meta” platformalarında tanıtmaq üçün onlar ümumi dəyəri 77.000 dollar olan reklamlar yayımlayıblar. 

Saxta hesablar haqqında məlumat Beynəlxalq “Meta”nın avtomatlaşdırılmış sistemləri tərəfindən aşkar edilib və araşdırmalar başa çatana qədər bloklanıb.

Hesabatda həmçinin “Meta”nın Ukrayna və Moldova vətəndaşlarına qarşı koordinasiyalı kampaniya apardığı üçün sildiyi 43 hesab və 85 səhifədən də bəhs edilir.

Belə ki, bu səhifələr Ukrayna hökumətini ölkəni müdafiə etmədiyinə, hərbi səfərbərliyin aşağı səviyyədə olmasına və prezident seçkilərinin daha sonrakı tarixə təxirə salınmasına görə tənqid edib, Moldovada isə rusiyayönlü siyasətçilər haqqında məlumatlar dərc ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin