Türkiyənin avrokubok iştirakçılarının oyunları TƏXİRƏ SALINDI

Hazırda oxunan: Türkiyənin avrokubok iştirakçılarının oyunları TƏXİRƏ SALINDI

206992

Türkiyə Superliqasının 3-cü turunda keçiriləcək 3 oyunun təxirə salınmasına qərar verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası bəyanat yayıb. 

Buna səbəb "Qalatasaray", "Trabzonspor" və "Başakşəhər"in avrokubokların pley-off mərhələsində mübarizə aparmasıdır.

Beləliklə, “Qalatasaray” – “Qaziantep”, “Trabzonspor” – “Kayserispor” və “Samsunspor” – “Başakşəhər” oyunları təxirə salınıb. UEFA Avropa Liqasının pley-off yarışında çıxış edəcək "Beşiktaş"ın yerli liqada oyunu isə əvvəlcədən nəzərdə tutulan vaxtda keçiriləcək.

Qeyd edək ki, təxirə salınmış “Qalatasaray – “Qaziantep” matçı 24, 25, 26 sentyabr tarixlərindən birində, “Trabzonspor – “Kayserispor” və “Samsunspor” – “Başakşəhər” matçları isə 17, 18 və ya 19 sentyabr tarixlərindən birində oynanılacaq. 

Yekun təqvim daha sonra elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin