İndiyədək 156 min hektara yaxın ərazi minadan təmizlənib – FOTO

Hazırda oxunan: İndiyədək 156 min hektara yaxın ərazi minadan təmizlənib – FOTO

206978

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun növbəti səyyar iclası Laçın rayonunda keçirilib. 

Bizim.Media xəbər verir ki, səfərdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər. 

İclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərin inkişaf planına uyğun olaraq həmin ərazilərdə ANAMA və cəlb olunmuş digər qurumlar, eləcə də yerli şirkətlər tərəfindən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyətinin icra olunduğunu qeyd edib.
 

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə layihələri əsasən yaşayış infrastrukturunun yaradılması, nəqliyyat, energetika, kənd təsərrüfatı sahələri, sənaye parkları və digər prioritet istiqamətlərdə aparılır. 


Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin 10 noyabr tarixindən bugünədək ümumilikdə 155 447 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İşğaldan azad edilmiş ərazilərə geri qayıdan əhali, habelə bu ərazilərdə çalışan insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ANAMA tərəfindən mütəmadi olaraq keçirilən maarifləndirmə təlimlərinin vacibliyini vurğulayan Vüqar Süleymanov Laçın şəhərinin, Sus və Zabux kəndlərinin əhalisinə də bu istiqamətdə təlimlərin keçirildiyini qeyd edib.

Sonra İşçi qrupun digər üzvləri tərəfindən təmsil etdikləri qurumların bu sahədə gördüyü işlər barədə məlumat verilib və təqdim olunan hesabatlar müzakirə edilib.

Səfər çərçivəsində İşçi qrup üzvləri Cəbrayıl rayonu ərazisində ANAMA tərəfindən Cocuq Mərcanlı kəndində, eləcə də yerli şirkət tərəfindən Sarıcallı kəndində həyata keçirilən minalardan təmizlənmə əməliyyatları ilə tanış olublar, aşkar edilən mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər. 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin