Pakistanda yenə meymunçiçəyinə yoluxma AŞKARLANDI

Hazırda oxunan: Pakistanda yenə meymunçiçəyinə yoluxma AŞKARLANDI

206945

Pakistanda cari il üzrə meymunçiçəyi virusuna (mpox) ilk yoluxma halı qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, virus aşkarlanan şəxs avqustun 3-də Yaxın Şərq ölkələrindən birindən Pakistana qayıdıb.  

Xatırladaq ki, hazırda bir neçə Afrika ölkəsində meymunçiçəyi virusunun yayılması müşahidə edilir.
 

Bununla yanaşı, İsveçdə sözügedən virusun mutasiyasına ilk yoluxma halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus virusun yayılmasını beynəlxalq səhiyyədə fövqəladə vəziyyət olduğunu bildirib.  


Onu da qeyd edək ki, Pakistanda 2023-cü ildə də meymunçiçəyinə yoluxma halları aşkar edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin