Məşhur britaniyalı futbolçu Paul Gascoignenin övladlığa götürdüyü qızı Byanka Gascoigne “İnstagram”da yeni açıq-saçıq fotolarını paylaşıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı yayıb.
Mənbə yazır ki, modelin 34 yaşı var və bir çox televiziya şousunda iştirak etməyi bacarıb. Qızın parlaq görünüşü, ecazkar bir fiquru var və özünü ictimaiyyətə göstərməkdən çəkinmir. Sosial şəbəkədə 333 mindən çox abunəçisi var.
Son şəkildə Byanka polo köynəyini əlində tutaraq ağ idman geyimində görünüb. "Fikrimdə səni artıq soyundurdum ..." - Gascoigne fotoya belə imza qoyub.
Əvvəllər o, cazibədar çimərlik fotoşəkillərini yayımlamışdı.
Xatırladaq ki, Byanka 80-ci illərin sonundan 1990-cı illərin ortalarına kimi Gazza ləqəbli İngiltərə millisinin liderlərindən biri olan Paul Gascoignenin övladlığıa götürdüyü qızdır. O, təmkinsiz davranışı və alkoqol asılılığı ilə də tanınır.
Gascoignenin Byankanın anası Şeril ilə evliliyi cəmi üç il davam edib.
Bununla birlikdə, qız keçmiş futbolçunun soyadını götürüb və hətta alkoqolizmlə mübarizədə ona kömək etməyə çalışıb və sonra açıqlayıb ki, o, anasını dəfələrlə döyüb.
Bizim.Media