Rus hərbçiləri Kurskda kütləvi şəkildə təslim olurlar - VİDEO

Hazırda oxunan: Rus hərbçiləri Kurskda kütləvi şəkildə təslim olurlar - VİDEO

206925

Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətinə hücumu mübadilə fondunu rekord sayda məhbusla doldurub. Bunlar əsasən gənc çağırışçılardır. 

Bizim.Media "Sky News"a  xəbər verir ki, rusiyalı məhbuslar iki mərtəbəli çarpayılı kameralarda saxlanılır.

Bəzilərinin yaşı 19-21 arasındadır. Məhbuslar jurnalistə Ukrayna hərbçilərinin Kursk vilayətinə hücumundan sonra yaşadıqları şokdan danışıblar. Deyiblər ki, hər şey çox tez baş verdi və sadəcə təslim olublar. 

Əsgərlər deyib ki, ailələri onların başına nə gəldiyini bilmirlər. Əsirlər ümid edirlər ki, yaxın gələcəkdə Ukrayna hərbi əsirləri ilə dəyişdiriləcəklər. 

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlində Vladimir Putin israr edirdi ki, çağırışçılar cəbhə bölgəsinə göndərilmir. Bununla belə, Kursk vilayətinin müdafiəsini əsasən gənc çağırışçılar və sərhədçilərin məhdud hissələri həyata keçirib. Onların arxasında "kadırovçular” gizləniblər. 

Hücum zamanı kameralarda olan az sayda məhbus yaralanıb. Məhbusların döyüş meydanından Ukrayna təcridxanalarına daşınmasında iştirak edən ukraynalı zabit bildirib ki, yaralananların hər birinə tibbi yardım göstərilir. 

"Əvvəlcə, onların yola davam etməyə nə qədər hazır olduqlarını görmək üçün onların psixi vəziyyətini qiymətləndiririk", - adının açıqlanmasını istəməyən zabit deyib. 
 

"Döyüş yaralarından və ya silahla düzgün davranmamasından yaralanan məhbusları da yoxlayırıq. Bundan sonra biz müşayiət zamanı yaralı əsgərləri mülki xəstəxanalara çatdırırıq, daha sonra hərbi əsirlərin saxlama mərkəzlərinə köçürülməzdən əvvəl sağlamlıq vəziyyətini sabitləşdirmək üçün onlara xüsusi tibbi yardım göstərilir”, - mənbə əlavə edib. 


Zabit deyib ki, o, çox məşğuldur, çünki onun komandanlığı Kurska hücum başlayandan bəri bir neçə yüz məhbusu köçürüb. 

"Karvanın tutumu böyük qrupların birdən-birə daşınmasına imkan vermir, ona görə də biz bütün protokollara riayət etməklə bir neçə səfər etməliyik”, - o bildirib. 

Təcridxananın rəsmisi bildirib ki, bir həftə ərzində 200-dən çox hərbi əsir qəbul edilib. 

"Onların geyimi dəyişdirilir, yuyndurulur, sonra kameralara paylanır. Daha sonra hüquq-mühafizə orqanları filtrasiya proseslərini həyata keçirir. Hər şey yoxlanıldıqdan sonra şəxslər düşərgələrə göndərilir. Digər hərbi əsirlər də bu düşərgələrdə saxlanılır və orada dəyişdirilməsini gözləyirlər", - Vadim adlı zabit deyib. 

Ukraynanın əsir götürdüyü şəxslərin Rusiya tərəfində ukraynalı hərbi əsirlərlə dəyişdirilməsi planlarının olub-olmaması ilə bağlı suala zabit belə cavab verib:

"Əlbəttə, bütün hərbi əsirlər dəyişdirilməlidir”. 
 
Bundan əlavə, bu materialın müəlliflərindən biri, ukraynalı jurnalist Azad Səfərov Facebook-da Kursk vilayətindən məhbusları daşıyan ukraynalı zabitin şərhini dərc edib. Hərbçinin sözlərinə görə, əsirlərin miqyası heyrət doğurur. 
 

"Gündə 2-3 saat yatıram, gündə bir neçə dəfə rusiyalı məhbusları çıxarırıq, ancaq 7-8 yerimiz qalır, daha 15 yerimiz var. Mən hətta 2022-ci ildə Xarkov əməliyyatı zamanı belə çox rus əsiri görməmişəm” - Ukrayna Silahlı Qüvvələrinin zabiti deyir. 


"The Independent” yazır ki, Ukrayna əsgərləri rus əsgərlərini mülki şəxsləri və hərbçiləri dəyişmək üçün sövdələşmə predmeti kimi istifadə etmək məqsədilə əsir götürüb. Ukraynalı polkovniklərdən biri nəşrə bildirib ki, 2000-ə yaxın rus əsgəri əsir götürülüb. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin