Xəbər verildiyi kimi Qəbələ rayonunda toyda kütləvi zəhərlənmə baş verib. 55 nəfər zəhərlənənlərin arasında azyaşlıların da olduğu bildirilir.
TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, artıq zəhərlənənlərdən 55 nəfər ambulator müalicə üçün evə buraxılıb.
MÖVZU İLƏ BAĞLI:
Qəbələdə toyda kütləvi ZƏHƏRLƏNMƏ: 40 nəfər…
"15.08.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
55 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir".
Nuray, Bizim.Media