Sergey Lavrov bu gün Azərbaycana gəlir

Hazırda oxunan: Sergey Lavrov bu gün Azərbaycana gəlir

20689

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana gələcək.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Mənbə yazır ki, Lavrovun Bakıda Qarabağda vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılıb.

O, çərşənbə axşamına qədər Azərbaycan paytaxtında qalacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələləri, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyətə baxış müzakirə predmeti olacaq.

Xatırladaq ki, Sergey Lavrov mayın 5-6-da İrəvana səfər edərək erməni həmkarı Ara Ayvazyan və baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin