Kurskda 2 minə yaxın rus əsgəri əsir düşdü

Hazırda oxunan: Kurskda 2 minə yaxın rus əsgəri əsir düşdü

206888

Ukrayna əsgərləri Kursk vilayətində keçirdiyi əməliyyat zamanı 2000-ə yaxın rus əsgərini əsir götürüb. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Independent”ə adı gizli mənbə kimi açıqlama verən ukraynalı polkovnik deyib. 

Qeyd olunub ki, Ukrayna hərbçiləri rusiyalı əsgərləri mülki şəxslərlə dəyişməyi planlaşdırır. 

“Bu, dəqiq məlumat deyil, lakin foto və videolar Kursk vilayətində çoxlu sayda rusiyalının əsir götürüldüyünü göstərir”, - məlumatda bildirilib. 

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini bildirmişdi.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin