Naxçıvanda “Z nəsli könüllülər üçün intellektual plan” layihəsinin icrasına BAŞLANILDI - FOTO

Hazırda oxunan: Naxçıvanda “Z nəsli könüllülər üçün intellektual plan” layihəsinin icrasına BAŞLANILDI - FOTO

206846

Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır – 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi Araz Xəlilovun “Z nəsli könüllülər üçün intellektual plan” adlı layihəsinin Naxçıvan Gənclər Mərkəzində açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov fondun qrant müsabiqələrinin gənclərin inkişafında, onların fəallıqlarının artırılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

O, qeyd edib ki, belə müsabiqələrin keçirilməsi Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir. Vurğulanıb ki, bu il “İdeyanı reallaşdır” qrant müsabiqəsi çərçivəsində Naxçıvanda 12 layihə reallaşdırılması nəzərdə tutulub: “Qalib layihələr innovativ, əhatəli və öyrədicidir. Bu layihələrdən biri də açılış mərasiminə toplaşdığımız “Z nəsli könüllülər üçün intellektual Plan” layihəsidir və inanıram ki, layihənin nəticələri gənc könüllülər üçün faydalı olacaqdır”.

Arzu Qasımov layihə rəhbərini qazandığı uğura görə təbrik edib və layihənin işinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva çıxış edərək ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, Naxçıvanın ictimai-siyasi həyatında gənclərin iştirakından söhbət açıb.

Psixologiya üzrə fəlsəfə doktoru, dosent Ayaz Seyidli “Z nəsli: xüsusiyyətlər, motivasiya, qarşılıqlı əlaqə” mövzusunda çıxış edib, Z nəsli könüllülərin idarəedilməsi və onlarla qarşılıqlı işin səmərəliliyi baxımından layihəni yüksək qiymətləndirib.

Sonda çıxış edən layihənin rəhbəri, 2023-cü il ilin könüllüsü” mükafatına layiq görülmüş Araz Xəlilov Gənclər Fondu tərəfindən gənclərə göstərilən qayğıya görə təşəkkür edib, qeyd edib ki, təklif etdiyi layihə çərçivəsində intellektual planın hazırlanması könüllülük fəaliyyəti ilə məşğul olanların dünyagörüşünü dəyişəcək, eyni zamanda onları daha güclü fərdlərə çevirərək bu istiqamətdə olan problemin azalmasına gətirib çıxaracaqdır. Qeyd olunub ki, layihənin məqsədi Z nəsil könüllülərin inkişafı və könüllü fəaliyyətə şüurlu yanaşmasını təmin etmək üçün intellektual planın hazırlanması və icra olunmasından ibarətdir.
 

Vurğulanıb ki, layihə çərçivəsində şeir gecəsi, kitab saatı, film saatı, effektiv saat, musiqi gecəsi, “Könüllülük bizə nə qazandırır?” mövzusunda seminar, “Kinoviktorina” intellektual oyunu və “Z nəsli könüllülər: Azərbaycan reallıqları və qarşıda duran vəzifələr” adlı elmi-praktiki konfrans təşkil olunacaq.


Açılış mərasimindən sonra gənclər üçün Aygül Məmmədovanın təqdimatında “Könüllülük nədir və biz niyə könüllü oluruq?” mövzusunda təlim təşkil olunub.

Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikası Gənclər Fondu, tərəfdaşı isə fondun Naxçıvan filialıdır.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin