Səhiyyədən uzaq qalan KƏNDLƏRİMİZ – Tibb məntəqələrinin açılmasına nə MANE OLUR?

Hazırda oxunan: Səhiyyədən uzaq qalan KƏNDLƏRİMİZ – Tibb məntəqələrinin açılmasına nə MANE OLUR?

206799

Azərbaycanın bir neçə kəndində tibb məntəqəsi yoxdur. Səhhətində qəfil problem yaranan, qan təzyiqi qalxan, hansısa həşərat sancmasından əziyyət çəkən, üstünə qaynar su dağılan kənd sakinləri ilkin tibbi yardım almaq üçün ya rayon mərkəzinə, ya da tibb məntəqəsi olan kəndə getməli olurlar. Bu da həmişə mümkün olmur. Bəzən rayon mərkəzindən 30-50 kilometr uzaqda yaşayan xəstəni başqa yerə aparınca iş-işdən keçmiş olur.

Bəs kənddə tibb məntəqəsinin olmamasına nə mane olur?!
 

MÖVZU İLƏ BAĞLI:

İsmayıllının İstisu kəndində HƏKİM PROBLEMİ - TƏBİB tibb məntəqələri haqqında nə düşünür?


Ümumiyyətlə, hansısa kənddə tibb məntəqəsinin olması üçün nə lazımdır? Olmaması nədən qaynaqlanır? Neçə kənddə tibb məntəqəsi yoxdur və məntəqələrin açılması düşünülürmü?

Yaranan suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tibb məntəqələri müraciət əsasında aparılan monitorinqlərin nəticəsində yaradılır:

“Səhiyyə Nazirliyinə respublika ərazisində hər hansı bir tibb məntəqəsinin tikintisi və ya əsaslı təmiri ilə bağlı müraciət daxil olduqda prosedurlara əsasən nazirlik Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərir. Bundan sonra, həmin qurumun mütəxəssisləri ərazidə monitorinq aparır.  


Monitorinqin nəticələrinə əsasən, müəssisənin inşası yaxud əsaslı təmiri məqsədəuyğun hesab edilərsə, bununla bağlı Səhiyyə Nazirliyinə müvafiq rəy göndərilir. Göndərilən rəyə əsasən, Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisəsinin İnvestisiya Planına salınması üçün aidiyyəti üzrə müraciət olunur. Maliyyə vəsaiti ayrıldığı təqdirdə müəssisənin inşası yaxud əsaslı təmiri həyata keçirilir”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin