Ağstafada 7 aylıq hamilə qadını ilan sancıb.
Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib.
Avqustun biri ilan sancmasından sonra vəziyyəti kəskin ağırlaşan 23 yaşlı, 7 aylıq hamilə qadın Ağstafa rayonundan TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Dərhal xəstəyə zəruri ilkin tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.
Xəstə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və paralel olaraq Reanimasiya və Ginekologiya şöbələrinin dəstəyi ilə pasiyentin intensiv müayinə və müalicəsi həyata keçirilib. Artıq pasiyentin vəziyyəti stabilləşib və həyatı təhlükəsi geridə qalıb.
Hazırda Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:15 / 15.08.2024
Ağstafada hamilə qadını ilan sancdı – FOTO
Hazırda oxunan: Ağstafada hamilə qadını ilan sancdı – FOTO
Hazırda oxunan: Ağstafada hamilə qadını ilan sancdı – FOTO
206798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.