Məlumun ELANI – ABŞ Yaxın Şərqdə terrorçuları SAVAŞA HAZIRLAYIR – DETALLAR

Hazırda oxunan: Məlumun ELANI – ABŞ Yaxın Şərqdə terrorçuları SAVAŞA HAZIRLAYIR – DETALLAR

206796

Amerikalı polkovnik Duqlas Makqreqor Yaxın Şərqdə terrorçuları Türkiyəyə qarşı hücuma hazırladıqlarını etiraf edib. 

"Suriyada Türkiyəyə hücuma hazırlaşırıq. Suriyadakı PKK və digər təşkilatları silahlandırmağa və Türkiyəyə hücum etməyə çağırırıq", deyə polkovnik vurğulayıb.

Bu isə ABŞ-ın terroru maliyyələşdirməkdə davam etdiyinin növbəti etirafıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, amerikalı polkovnikin etirafı əslində məlumun elanıdır: 

“Uzun illərdir ki, Türkiyə Yaxın Şərqdə terrorçulara qarşı mübarizə aparır və həmin terror təşkilatlarının kim tərəfindən idarə olunduğu da bəllidir. Bunu ən gözəl şəkildə Tramp ifadə edərək deyib ki, Yaxın Şərqdəki bütün terror təşkilatlarını yaradan Barak Obama və Klinton olub. Türkiyə 30 ildən çoxdur ki, terrora qarşı mübarizə aparır. Əslində Türkiyə NATO üzrə müttəfiqlərinin, ABŞ və Fransanın yaratdığı terror təşkilatlarına qarşı mübarizə aparır”. 

Həmsöhbətimizin fikrincə, terrora qarşı mübarizədə Türkiyə kritik mərhələni artıq arxada qoyub: 

“Ona görə də bundan sonrakı mərhələdə yeni terror hücumları Türkiyəni təhdid edəcək səviyyədə ola bilməz. Türkiyə terrorla mübarizəni öz sərhədlərindən kənara çıxarmağı bacarıb”. 

Müsahibimiz qeyd edib ki, Yaxın Şərqdə qarşıdurmanın artdığı bir mərhələdə yenidən Ankaranın hədəf seçilməsi Yaxın Şərqin gələcəkdə formalaşacaq nizamında Türkiyənin rolunun zəiflədilməsinə hesablanıb:

“Amma fikrimcə, bunu da bacarmayacaqlar. Çünki Türkiyə olmadan Yaxın Şərq, Şimali Afrika və Ağ dəniz hövzəsində hər hansı bir yeni reallıq yaratmaq mümkünsüzdür. Yaxın Şərqdə alovlanan sonuncu müharibə də ABŞ-ın layihəsidir və regionda böyük barışığı əngəlləmək cəhdidir. İsraillə Türkiyənin maraqlarının uzlaşdırılmasının qarşısını almağa hesablanmış addımdır. 

İsrail ərəb ölkələrilə böyük saziş imzalamaq ərəfəsində idi. Həm də Qəzza savaşından bir neçə gün əvvəl İsrail Prezidentinin Türkiyəyə səfəri gözlənilirdi. Bunlar Yaxın Şərqə böyük miqyasda sabitlik gətirəcəkdi. Beləliklə də, Yaxın Şərq Amerikanın nəzarətindən çıxıb, Türkiyə, İsrail və ərəb birliyinin kordinasiya etdiyi sabitlik coğrafiyasına çevriləcəkdi. Amerika bunu istəmədiyindən bölgədə müharibəni yenidən alovlandırdı”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin