Bakıda keçirilən bədii gimnastika turniri başa çatıb

Hazırda oxunan: Bakıda keçirilən bədii gimnastika turniri başa çatıb

20679

Mayın 9-da Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub. Azərbaycan millisi turniri 1 medalla başa vurub.

"Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə 5 top, 3 halqa və 2 cüt gürzlə final mərhələlərində güclərini sınayıblar.

Bizim.Media xəbər verir ki, qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin