Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüşdü – FOTO/VİDEO

Hazırda oxunan: Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüşdü – FOTO/VİDEO

206740

Günay Ağamalı 13 Avqust 2024-cü ildə Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüş keçirib. 

Bizim.Media xəbər verir ki, görüşdə Sarvan, Seyidlər və Dayıkənddən olan 500 - dən çox seçici iştirak edib. 

Öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştrakçılarına geniş məlumat veriblər. Tədbirdə çıxış edən Günay Ağamalı görüşə gələn seçicilərə minnətdarlığını və təşəkkürünü bildirib. 

"Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndərimiz Heydər Əliyevin siyasi irsi və dövlətçilik konsepsiyası Azərbaycanı böyük uğurlara və zirvələrə çatdıran tükənməz xəzinədir. Bu xəzinə Azərbaycanın çətin anlarından başlayan və onu dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə ucalda biləcək müqəddəs bir yolu bizə əmanət etmişdir. Bu yol Heydər Əliyevin yoludur, bu yol Azərbaycanı çətinliklərdən çıxardaraq uğurlara aparan yoldur. Bu yolu bu gün Möhtərəm Cənab Prezidentimiz İlham Əliyev və hər bir azərbaycanlının sevimlisi olan I Vitse-Prezidentimiz Mehriban Xanım Əliyeva müvəffəqiyyətlə həyata keçirməkdədirlər. Bizlər də bu yolun yolçuları kimi hər zaman Möhtərəm cənab Prezidentimizlə bərabər olmalı, onunla birgə addımlamalıyıq" deyə Günay Ağamalı seçicilərin diqqətinə çatdırıb. 

O, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd olmasının ona böyük qürur hissi yaşatdığını söyləyib, Salyan əhalisinin xalqımıza, dövlətçiliyimizə çox bağlı olduğunu xüsusi olaraq qeyd edib.

Seçki platforması haqqında məlumat verən G.Ağamalı kimsəsiz qocaların, qadın və uşaqların hüquqlarının müdafiəsinin prioritet istiqamətlərdən biri olacağını, qızların ali təhsil almasının vacibliyini və erkən nigah məsələsinin qəbuledilməzliyini önə çəkib. Görüşdə iştrak edən seçicilər Kamil Əzizov, Firdovsi Əhmədov, Rəis Abdullayev və Abdulla Əliyev sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə fəal iştrak edəcəklərini və deputatlığa namizəd Günay Ağamalıya dəstək olacaqlarını, ona səs verəcəklərini bildiriblər. 













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin