Bu il istehlakçıların tələbatları üçün xərclədiyi aylıq vəsait orta hesabla 566 manat olub

Hazırda oxunan: Bu il istehlakçıların tələbatları üçün xərclədiyi aylıq vəsait orta hesabla 566 manat olub

206708

Cari ilin yanvar-iyul aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 40,4 milyard manat olmaqla ötən ilin yanvar-iyul aylarına nisbətən müqayisəli qiymətlərlə 4,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 4 faiz artaraq 38,8 milyard manata bərabər olub, onun 45,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 566,1 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 24,4 manat çox vəsait xərcləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin