"Barselona" La Liqanın 2024/25 mövsümünün başlamasına az qalmış 5 futbolçusunu qeydiyyatdan keçirə bilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Kluba yeni gələn Dani Olmo, həmçinin İniqo Martinez, Pablo Torre, Pau Viktor və Aleks Valle hələ də La Liqada qeydiyyatdan keçməyib.
Kataloniya təmsilçisi futbolçularını qeydiyyatdan keçirmək üçün maliyyə problemlərini qaydaya salmalıdır. Klub son mövsümlərdə maliyyə feyr-pley qaydaları ilə əlaqədar problemlər yaşayır.
Avqustun 17-də "Barselona" İspaniya çempionatının 1-ci turu çərçivəsində "Valensiya" ilə qarşılaşacaq. Liqanın qaydalarına əsasən, oyunçular matçın başlamasına bir neçə dəqiqə qalmış qeydiyyatdan keçə bilərlər.
Bizim.Media