Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır - VİDEO

Hazırda oxunan: Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır - VİDEO

206700

Avqustun 9-u gecə saatlarında 44 günlük Vətən müharibəsi iştirakçısı Abusət Əliyevin Samur-Abşeron kanalında batdığı bildirilib.

Bizim.Media xəbər verir ki, iddialara görə, o suda batarkən yanında iki şəxs olub və həmin şəxslər sudan çıxıblar. Abusət Əliyevin qardaşı bildirib ki, altı gündür qardaşından xəbər yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Abşeronda avtomobil kanala DÜŞDÜ - Sürücünün axtarışları davam etdirilir


"Maşın həqiqətən də, kanala düşmüşdü. Qardaşımla birlikdə üç nəfər idi, iki nəfər çıxarılıb. Onların necə çıxarıldığı müvafiq qurumlar tərəfindən araşdırılır. Qardaşım ortalıqda yoxdur, altı gündür səbir edirik. Fövqəladə Hallar Nazirliyinə, yerli icra hakimiyyətinə, "Azərsu"ya yaxınlaşıram, hamısı deyirlər ki, bizim nəzdimizdən çıxıb. Getmədiyimiz qurum, bölmə qalmayıb".

Babək sudan çıxan digər iki şəxsi tanımadığını qeyd edib:

"O şəxsləri mən heç vaxt görməmişəm, amma iddia edirlər ki, orada yaşayırlar, Vətən müharibəsi iştirakçılarıdırlar".
 

"Həyat yoldaşımın bir ayağı yoxdur, qapı-qapı düşüb oğlumuzu axtarır. Deyirlər ki, bu işə baxacağıq, amma heç nə etmirlər. Bir ana kimi ürəyim ağrıyır, mənim uşağımı tapıb mənə verin", - Abusət Əliyevin anası bildirib.


Samur-Abşeron Kanalının İstismarı İdarəsindən bildirilib ki, hadisə baş verən gün dərhal əraziyə baxış keçirilib, texnika vasitəsilə avtomobil sudan çıxarılıb. Bir sutka ərzində suyun səviyyəsi minimum həddə endirilib. Avqustun 14-də isə Abusət Əliyevin ailəsi ilə görüş keçirilib və bununla bağlı müvafiq orqanlara məlumat verilib.

Ətraflı Baku TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin