Ermənistan Qarabağda terror aktı hazırlayır

Hazırda oxunan: Ermənistan Qarabağda terror aktı hazırlayır

2067

Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan, cümə axşamı Milli Məclisin Xarici Əlaqələr və Maliyyə-Kredit və Büdcə Məsələləri Komissiyalarının birgə iclasında, Artsaxın (Dağlıq Qarabağ red) Azərbaycanın tərkibində heç bir gələcəyinin olmadığını qeyd edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməz və olmayacaq da. Dağlıq Qarabağın Azərbaycanın tərkibində qatılması ermənilərin orda olmayacağı deməkdir və bu da heç vaxt baş verməyəcək, deyən Mnastakanyan, dünya ermənilərinin Dağlıq Qarabağda yaşayan 150 min erməninin təhlükəyə məruz qalacağı fikri ilə barışacağını gözləmədiyini də əlavə edib.

Qarabağ cəbhəsində baş verən məğlubiyyətlərin fonunda Mnastakanyanın bu mövqedən çıxış etməsi bəzi suallar yaradır.

Ermənistan cəbhədə bariz şəkildə məğlub olduğunu hər keçən gün daha yaxşı başa düşür. Bu vəziyyətdə məntiqli şəkildə sülh danışıqlarına başlamaq, münaqişənin daha çox insan itkisinə səbəb olmadan dayandırmaq ən yaxşı seçim hesab oluna bilərdi. Lakin Ermənistan rəhbərliyi bütün bu imkanları əlinin tərsi ilə kənara atmağı seçir.

Mövcud situasiyanı dəyərləndirdiyimizdə aydın olur ki, ya Ermənistan xarici havadarlarından necəsə kömək gələcəyindən əmindir, ya da Ermənistan rəhbərliyinin öz xalqını aldatmaq paranoyası o qədər böyüyüb ki, artıq özlərini də aldatmağa başlayıblar

Son günlərdə Ermənistanın rəsmi və qeyri-rəsmi diplomatiyasının Rusiya, Kanada və Avstriya ilə əlaqələrinin sürətlənməsi, xarici media qurumları ilə əlaqələrinin intensivləşdirməsi diqqəti cəlb edir.

Erməni rəsmiləri ciddi şəkildə çalışır ki, beynəlxalq təşkilatların diqqətini münaqişəyə, xüsusilə də Qarabağdakı ermənilərin vəziyyətinə cəlb etsinlər və bu yolla Azərbaycana qarşı sanksiya tətbiq olunmasına nail olsunlar.

Xüsusilə terrorizm məsələsində olduqca həssas mövqe nümayiş etdirən Ermənistan beynəlxalq ictimaiyyətdə müsbət, terrorçu yox, terrora məruz qalan obraz formalaşdırmağa çalışır. Halbuki Ermənistana qarşı kimsə terror təşkil etmir.

Qarabağda fosfor bombalarından istifadə olunduğunu tirajlayan Ermənistan mətbuatı, məqsədli şəkildə diqqəti insan hüquqları üzərinə yönəldir və bu silahların mülki insanlara qarşı tətbiq olunacağının anonslarını verir.

Digər tərəfdə Ermənistan rəhbərliyi Laçın koridorunu bağlayır və mülki əhalinin Qarabağdan çıxmasının qarşısını alır. Sual olunur, nə məqsədlə?

Bütün faktları - Laçın koridorunun bağlanması, Qarabağdakı mülki əhalinin çıxışına imkan verilməməsi, fosforlu bombaların cəbhəyə gətirilməsi, Ermənistanın Qərblə əlaqələrinin sürətlənməsi  - birləşdirdiyimizdə aydın olur ki, Ermənilər Qarabağ cəbhəsində ciddi təxribat törətməyi planlaşdırır.

Bu təxribat birbaşa olaraq Dağlıq Qarabağ ermənilərinə qarşı yönələcək və Azərbaycan tərəfindən törədilmiş obrazı yaradılacaq.

Dünyanın nəzərlərini Qarabağda baş verənlərə çəkmək üçün Ermənistanın əlindəki son imkanı öz xalqına qarşı terror aktı həyata keçirməkdir.

Bu təxribatları isə Qərb ölkələrindəki diplomatik kanalları vasitəsilə tirajlamaq və yekunda Azərbaycana qarşı təzyiqləri artırmaq üçün istifadə edəcəklər.

Xatırladaq ki, bu mövzu ilə əlaqədar bu gün Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev də sosial şəbəkə hesabında münasibət bildirmişdi.

“Sərhədsiz reportyorlar” təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlamasına münasibətində Hikmət Hacıyev Qarabağdan çıxış yollarının məhz ermənilər tərəfindən bağlandığına diqqət çəkmişdi.

Rəvan Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin