Restoranlara xərclənən vəsaitdə İKİQAT ARTIM – Yeyib-içənlər çoxalıb, yoxsa...

Hazırda oxunan: Restoranlara xərclənən vəsaitdə İKİQAT ARTIM – Yeyib-içənlər çoxalıb, yoxsa...

206633

Bu ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 1 milyard 30 milyon manat olub. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 faiz və ya 91,2 milyon manat çoxdur. Ötən ilin birinci yarısında bu məbləğ 938,8 milyon manat idi.

Bu ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 1 milyard 30 milyon manat olub.

Nəzərə alaq ki,ictimai iaşə xidmətinin dövriyyəsi 2020-ci ilə nisbətən 3, 2022-ci illə müqayisədə isə 2 dəfə artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - SİYAHI


Bəs, bu artımın səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Iqtisadçı ekspert Fuad İbrahimov bildirdi ki, reallıqda bu rəqəm daha böyükdür:

“Nəzərə alaq ki, bir çox iaşə obyektlərində ödənişlər nəğd şəkildə aparılır. Ödənişin sonunda da hər hansı bir kassa çeki verilmir. Ona görə də əminliklə demək olar ki, ictimai iaşənin dövriyyəsi rəsmi məlumatlardan xeyli çoxdur.

O ki, qaldı rəsmi statistikadakı artıma…

Onu deyə bilərəm ki, son zamanlarda iaşə obyektlərində yeni xidmətlər gündəmə gəlib. Hazırda əksər iaşə obyektləri səyyar xidmət göstərir, istənilən ünvana yemək daşıyır. Bu xidmətlərin də çoxu nağdsız formada həyata keçirilir. Bundan başqa bir sıra iaşə obyektləri nağdsız ödəniş sisteminə keçib. Bu da rəsmi statistikada öz əksini tapıb. Beləcə, ictimai iaşənin dövriyyəsi rəsmi şəkildə artıb.

Amma hələ də əksər iaşə obyektləri nağd ödəniş sistemində çalışır. Ona görə də deməliyik ki, ictimai iaşənin dövriyyəsi DSK-nın yaydığı rəqəmlərdən dəfələrlə böyükdür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin