“Çelsi” İngiltərə millisinin futbolçusu Kol Palmerlə yeni müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
London klubu 22 yaşlı yarımmüdafiəçinin uğurlu debüt mövsümündan sonra onunla müqaviləni daha 2 il uzatmağa və maaşını qaldırmağa qərar verib. Beləliklə, futbolçu ilə 2033-cü ilin iyun ayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Çelsi” K. Palmeri 2023-cü ilin yayında “Mançester Siti”dən 47 milyon avroya transfer etmişdi.
O, ötən mövsüm “Çelsi”nin heyətində 45 matça çıxaraq 25 qol vurub və 15 qolun ötürməsini edib.
Bizim.Media