ABŞ seçkilərinin əsas qalibləri

Hazırda oxunan: ABŞ seçkilərinin əsas qalibləri

2064

Siyasi mövqeylərindən asılı olmayaraq amerikalılar seçki günü bir cəbhədə birləşiblər. Bu cəbhə stresi dağıtmaq üçün gecəni bir yerdə keçirənlər, yeyib-içənlərdən ibarətdir.

Bizim.Media “The Los Angeles Times” - a istinadən bildirir ki, səsvermənin nəticələri uzandıqca qida və spirt içkilərin sifarişlərində artım hiss olunur.

Belə ki, alkoqol çatdırma xidməti “Drizly” əvvəlki günlərə nisbətən bu çərşənbə satışın daha yüksək olduğunu qeyd edib.

Vaşinqton, Nyu-York və Los-Ancelesdə bu alıcılıq qabiliyyəti daha yüksək olub.

Həmçinin “Google” axtarış sistemində trenddə “yaxın ərazidə olan yemək” axtarışında insanların daha çox İtaliyan, Çin və Meksika mətbəxlərinə üz tutması, xüsusilə pizza, suşi və dondurmaya olan tələbatı yer alır.

Qida məsələləri üzrə qrumun mətbuat katibi Elizabet Asford bu baş verənləri xüsusilə stresli keçən seçki günü ilə əlaqələndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin