İranda bəraət alan xanım jurnalistlərə ağır həbs cəzası verildi

Hazırda oxunan: İranda bəraət alan xanım jurnalistlərə ağır həbs cəzası verildi

206394

İranda “Həmmihən” və “Şərq” qəzetlərinin qadın jurnalistləri İlahə Məhəmmədi və Nilufər Hamedi barədə həbs qərarı çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı yazıb.
 

Məlumata görə, İlahə Məhəmmədi və Nilufər Hamedi “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə isə bir il müddətinə azadlıqdan məhrum ediliblər. Həbs qərarı Tehran Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.


“Şərq” qəzetinin jurnalisti Nilufər Hamedinin vəkilləri bildiriblər ki, jurnalistlər onlara qarşı irəli sürülən “xarici düşmən dövlətlə əməkdaşlıq” ittihamından bəraət qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin