Bayden dörd ölkə lideri ilə İranın İsrailə hücum riskini MÜZAKİRƏ EDİB

Hazırda oxunan: Bayden dörd ölkə lideri ilə İranın İsrailə hücum riskini MÜZAKİRƏ EDİB

206364

ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Corca Meloni və Fransa lideri Emmanuel Makron ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinq zamanı məlumat verib.

O qeyd edib ki, bu söhbət, əsasən, Yaxın Şərqdəki gərginliyi müzakirə etmək üçün baş tutub, bütün liderlər İsrailin müdafiəsini və atəşkəs zərurətini təkrarlamaq baxımından əvvəllər dediklərini təkrarlayıblar.

Tərəflər gərginliyin azaldılması, atəşkəs və Qəzza zolağında girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi istiqamətində davam edən səyləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin