“Dərman almaq üçün qonşumun evində işləyirdim” - Xoşqədəm

Hazırda oxunan: “Dərman almaq üçün qonşumun evində işləyirdim” - Xoşqədəm

206348

“90-cı illərdə işləmirdim və oğlum bronxial astmadan əziyyət çəkirdi. Bir dənə dərman var idi. O da Azəbaycanda çox baha qiymətə satılırdı. Az qalmışdım ki, o dərmanı almaq üçün süpürgəçilik edim”.

Bizim.Media olay.az-a istinadən xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişində deyib.

O, bildirib ki, uzun müddət işsiz qalıb:

“Qonşunun qapısını döyüb, rica etdim ki, evində təmizlik işçisi olum. Dedim ki, ona verdiyin pulu mənə ver, çatdıra bilmirəm, uşağımın dərmanını almalıyam. O qadın da ailəmi, nəslimi tanıyırdı, təhsilli biri olduğumu da bilirdi. Ağlayıb dedi ki, gəl, evimdə qal, kirayə pulu almayacağam, o pula da uşağının dərmanını al. Mən iki il o xanımın evində kirayədə qaldım. Bu haqda heç bir yerdə açıqlama verməmişəm, çünki özəl məsələdir. O qadın imkanl idi, artıq dünyasını dəyişib. Allah ona rəhmət eləsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin