“Mançester Yunayted” tezliklə 2 transferi reallaşdıracaq.
Bizim.Media xəbər verir ki, İngiltərə nəhəngi “Bayern”in müdafiəçilərnin keçidini rəsmiləşdirmək üzrədir.
Klub çoxdandır Matis de Lixt və Nassar Mazrauni heyətinə qatmaq istəyirdi.
Almanya klubu nəhayət, indi bu transferlərə razılıq verib. Münhendə xoşbəxt olmayan cütlük Premyer Liqada oynamaq üçün əməli addımlar atır. Hər iki futbolçu bu gün tibbi müayinədən keçəcək. Daha sonra transferlərin detalları açıqlanacaq.
Xatırladaq ki, hər iki futbolçu 2022-ci ildə “Bayern”ə transfer olmuşdu. De Lixt 5, Mazraui 4 illik müqavilə bağlamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media