Sankt-Peterburq, Voronej və Kazandan olan alimlər əncirdə antibiotikləri əvəz edən bir maddə aşkar ediblər. Əncirin tərkibində yaraların daha sürətli sağalmasına kömək edən fenol maddəsi var.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fərziyyələri mikroorqanizmlər və siçovullar üzərində təcrübədən keçirilib. Voronej Dövlət Universitetinin Biofizika və Biotexnologiya kafedrasının dosenti Marina Xolyavka, siçovullardakı irinli yaraların fenol istifadə edildikdə bir neçə dəfə tez sağaldığını söyləyib.
Əncir həm də orqanizmdə qan dövranına faydalı təsir göstərən kalium və maqneziumla zəngindir.
Əncir bütün meyvələrin içərisində ən çox minerala sahibdir. 50 qram əncirdə 280 mq kalium, 60 mq kalsium, 1.5 qram dəmir vardır. Uzun sürən xəstəliklərdən sonra orqanizmi bərpa etmək üçün ən yaxşı qidalardan biri əncirdir. Əncirin təzəsi kimi qurusu da mineral tərkibini və faydalı xüsusiyyətlərini saxlayır.
Bəzi xəstələrin qanında kalsium çox olur, sümüklərində isə az, yəni sümüklərin kalsiumu mənimsəməsi zəifləyir. Belə halda əncirin təsiri olduqca yüksəkdir, çünki onun tərkibindəki kalsium rahat şəkildə bütünlüklə orqanizmə sorulur.
Həmçinin əncirin tərkibində olan dəmirin misə nisbəti 2:1-dir, bu nisbət dəmirin daha yaxşı sorulmağını təmin edir.
Əncir qadınlarda follikulun yetişməsi prosesini sürətləndirir, bununla da qadın sonsuzluğunu müalicə edir. Bu meyvə həmçinin kişilərdə aktiv spermanın miqdarını əhəmiyyətli dərəcədə artırır, bununla da kişi sonsuzluğunun qarşısını alır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:48 / 09.05.2021
Müqəddəs meyvə sayılan ƏNCİRİN BİLMƏDİYİNİZ FAYDALARI
Hazırda oxunan: Müqəddəs meyvə sayılan ƏNCİRİN BİLMƏDİYİNİZ FAYDALARI
Hazırda oxunan: Müqəddəs meyvə sayılan ƏNCİRİN BİLMƏDİYİNİZ FAYDALARI
20628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.