Paris-2024 Olimpiya oyunlarında 66 kq çəki dərəcəsinin qızıl mükafatçısı olan Əlcəzairli boksçu İman Xelifi haqqında yazılan tənqidlərə münasibət bildirib.
Bizim.Media “CNN”-ə istinadən xəbər verir ki, bu barədə idmançı jurnalistlərə açıqlamasında deyib.
O, haqqında çıxan iddiaları əsassız adlandırıb.
“Mən qadınam. Qadın olaraq doğulmuşam. Qadın olaraq böyümüşəm. Qadın kimi yaşamışam. Buna heç bir şübhə yoxdur”, - Əlcəzairli boksçu bildirib.
İ.Xelifi əlavə edib ki, bu nifrət hücumları onun zəfərinin həzzini artırıb:
“Onlar uğurun düşmənləridirlər. Mən bütün hücumlara rəğmən qələbə qazandım. Əlbəttə, bu sadəcə uğurumun həzzini artırdı”.
Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karinin rəqibi İman Xelifi ilə döyüşməkdən imtina etmiş, buna səbəb kimi idmançını transgender olduğunu bildirmişdi. Nəticədə İmane Xelifi sosial şəbəkələrdə tənqidlərə məruz qalmış, “Qadınlarla döyüşən kişi” adlandırılmışdı. Beynəlxalq Olimpiya Komistəsindən verilən açıqlamada isə onun qadın olduğu təsdiqlənmişdi.
Bizim.Media