Rusiyada şəhər meri həbs edildi

Hazırda oxunan: Rusiyada şəhər meri həbs edildi

206183

Rusiya İstintaq Komitəsi Komi vilayətinin İnta şəhəri merinin saxlandığını elan edib.

Bizim.Media mk.ru-ya istinadən xəbər verir ki, Vladimir Kiselyov vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı açılan cinayət işində müttəhimə çevrilib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2022-ci ildə mənzil-kommunal təsərrüfat idarəsinin rəisinə sifarişin konkret təşkilata verilməsi üçün yol təmiri müqavilələri üzrə hərrac sənədlərinin hazırlanmasını tapşırıb. Nəticədə 18 bələdiyyə müqaviləsi bağlanıb. Podratçıya avans köçürülsə də, iş heç vaxt tamamlanmayıb.

Bildirilir ki, qurum birtərəfli qaydada müqavilələri yerinə yetirməkdən imtina edib, lakin avansı geri qaytarmayıb.

Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq Komitəsindən bildirilib ki, hazırda istintaq sübutların toplanması prosesini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin