Bürünc medaldan razı deyiləm. Çünki daha yaxşı nəticə gözləyirdim.
Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov deyib.
MÖVZU İLƏ BAĞLI:
Paris-2024: Maqomedxan Maqomedov bürünc medal qazandı
97 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı Parisə qızıl medal üçün gəldiyini, lakin istəyinə çata bilmədiyini söyləyib:
“Tamam başqa nəticələrə köklənmişdik. Təəssüf ki, alınmadı”.
Qeyd edək ki, sərbəst güləşçilərimiz Paris olimpiadasını 2 medalla başa vurublar. M.Maqomedovdan başqa, Giorgi Meşvildişvili də Olimpiya üçüncüsü olub.
Bizim.Media