Moskva Ərdoğanla Bəşər Əsədin görüşü HAQDA: “Ciddi hazırlıq tələb edir”

Hazırda oxunan: Moskva Ərdoğanla Bəşər Əsədin görüşü HAQDA: “Ciddi hazırlıq tələb edir”

206150

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüşün təşkili ciddi hazırlıq tələb edir, Moskva bu cür danışıqları qəbul etməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Biz həmişə maraqlı olan iki tərəflə rəsmi Dəməşqin və Ankaranın nümayəndələri ilə Moskvada, üçtərəfli görüşlər keçirməyə hazırıq. Təbii ki, biz iranlılarla, iraqlılarla da əlaqə saxlayırıq. Çünki onlar həm də Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasında çox maraqlıdırlar ki, bu da Suriya və onun ətrafında ümumi vəziyyətə müsbət təsir göstərəcək", deyə Boqdanov qeyd edib.

Rusiyanın iki prezidentin mümkün görüşü üçün platforma kimi Moskvanı təklif edib-etməməsi ilə bağlı sualı cavablandıran Boqdanov bildirib ki, onda belə bir məlumat yoxdur.

"Biz Türkiyə ilə Suriya arasında dövlətlərarası münasibətlərin iki qonşu ölkənin ərazi bütövlüyü, birliyi və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşması prosesinin tərəfdarıyıq", - o, jurnalistlərə bildirib.

Əsəd iyulun 15-də bildirib ki, o, Suriyanın milli maraqlarına cavab verərsə, türkiyəli həmkarı ilə görüşə hazırdır.
 

Daha əvvəl Ərdoğan bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və həmkarları Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması və Türkiyə və Suriya liderləri arasında danışıqların həyata keçirilməsi planını müəyyənləşdirirlər.


Türkiyə prezidenti bildirib ki, Fidan Əsədlə görüşünü, üçüncü ölkədə təşkil etmək səlahiyyətinə malikdir. Suriya Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşması 2011-ci ildən əvvəl mövcud olan vəziyyətə qayıtmağa əsaslanmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin