Azərbaycanda deputatlığa namizədə xəbərdarlıq edilib

Hazırda oxunan: Azərbaycanda deputatlığa namizədə xəbərdarlıq edilib

206072

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Məmməd Ağalar oğluna dairə seçki komissiyası (DSK) tərəfindən xəbərdarlıq edilib.

Bizim.Media “Report”-a istinadən xəbər verir ki, 77 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyasından məlumat verilib.

DSK-dan bildirilib ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Məmmədin qanunvericiliklə müəyyənləşdirilmiş seçkiqabağı təşviqat qaydalarını kobud şəkildə pozması digər namizədlərin və seçicilərin haqlı narazılığına səbəb olub:

“Namizəd Əliyev Məmməd seçkiqabağı təşviqat qaydalarını pozduğuna görə DSK tərəfindən qanunverciliyin tələblərinə uyğun olaraq, ona xəbərdarlıq edilib. Habelə təşviqat dövründə belə halların təkrarlanmasının qanunvericiliklə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görülməsinə əsas olması namizədin diqqətinə çatdırılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin