Ağdamda yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.
İlkin ehtimala görə elektrik naqillərində baş verən qısaqapanma səbəbindən başlayan yanğın Baxışov Asəf Albert oğluna məxsus dörd otaqlı evi əşyaları ilə birlikdə yararsız hala salıb.
Hadisə baş verən əraziyə yerli yanğınsöndürən briqadalar cəlb edilib. Yanğının yaxınlığındakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı aidiyyəti üzrə araşdırma başlanılıb.
Elgün Gəncimsoy, Qarabağ bürosu, Bizim.Media