IV qrupda neçə abituriyent 600-dən yuxarı BAL TOPLAYIB?

Hazırda oxunan: IV qrupda neçə abituriyent 600-dən yuxarı BAL TOPLAYIB?

205994

Ali təhsil müəssisələrinə qəbul imtahanında IV ixtisas qrupu üzrə 614 abituriyent 600 və daha çox bal toplayıb.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, imtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 3781, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 4752 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.

Xatırladaq ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4600 plan yeri ayrılıb. Bu yerlərdən 3135-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.

Ali təhsil müəssisələrinə ixtisas seçimi müsabiqəsi avqustun 9-dan başlanıb və 19-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin