ABŞ-dan İsrailə növbəti ATƏŞKƏS ÇAĞIRIŞI

Hazırda oxunan: ABŞ-dan İsrailə növbəti ATƏŞKƏS ÇAĞIRIŞI

205988

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında Qəzza zolağında atəşkəsin tezliklə təmin olunmasını istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti öz saytında məlumat yayıb.

Blinkenin fikrincə, atəşkəs girovların azad edilməsini təmin edəcək, humanitar yardımın artırılmasına və daha böyük regional sabitliyə şərait yaradacaq:

“Bu həm israilli, həm də livanlı ailələrin öz evlərinə qayıtmasına imkan verəcək”.

Bundan əlavə, Blinken bir daha ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etmək öhdəliyini təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin