Dünyanın koronavirusla mübarizə etdiyi bir vaxtda rusiyalı sosial media fenomenləri buna məhəl qoymayaraq gündəmdə qalmağa çalışırlarş
Bizim.Media Haber Global-a istinadən xəbər verir ki, onlar ölkələrə səyahət qadağaları və məhdudiyyətlərinə məhəl qoymayaraq Ural dağlarında, nüvə fəlakəti yaşanan ərazilərdə yerləşən zəhərli gölə gediblər.
MÖVZU İLƏ BAĞLI:
Məşhur bloqerin əri ilə çılpaq görüntüsü ölkəni qarışdırdı - FOTO
Qeyd edək ki, Uralin Balisi adlandırılan mavi göl təhlükəli hesab edilir və əraziyə giriş qadağandır.
Xatırladaq ki, 1957-ci ildə Ural dağlarında Kiştim yaxınlığında gizli saxlanılan “Mayak” nüvə yanacaq təsisində partlayış olub. Nəticədə radioaktiv bulud yüz kilometrlərlə əraziyə yayılıb. Partlayışdan sonra bəzi bölgələr boşaldılıb.
Nüvə müəssisəsində partlayış nəticəsində orada çalışan onlarla işçi və ətrafdakı 200-dən çox insan kəskin radiasiya səbəbilə vəfat edib.
Bizim.Media