Rusiyanın üç vilayətində antiterror əməliyyatı rejimi TƏTBİQ EDİLDİ

Hazırda oxunan: Rusiyanın üç vilayətində antiterror əməliyyatı rejimi TƏTBİQ EDİLDİ

205954

Rusiyanın Kursk, Bryansk və Belqorod vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək və Kiyev rejimi tərəfindən Rusiya Federasiyasının regionlarında sabitliyi pozmağa cəhd edən terror aktlarının qarşısını almaq məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.

“Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Kursk vilayəti ərazisində törətdiyi terror aktının nəticəsi olaraq mülki əhali arasında itkilər, yaşayış binalarının və digər mülki obyektlərdə dağıntılar baş vermişdir. Məhz buna görə də Terrorla Mübarizə Komitəsinin rəhbəri, Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatları təşkil etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Adıçəkilən vilayətlərdə antiterror əməliyyatı rejim tətbiq edilib və müvəqqəti məhdudiyyətlər qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin