Ali təhsil müəssisələrinə abituriyentlərlə yanaşı, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər də ixtisas seçimi edəcəklər.
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, bu il universitetlərə müsabiqədənkənar qəbul olmaq üçün ümumilikdə 30500 elektron ərizə təsdiq edilib.
Ekspertlərin fikrincə, bəzi ixtisaslar üzrə subbakalavrların demək olar ki, şansı yox səviyyəsindədir.
Eyni zamanda, bu ildən 15-ə yaxın universitetdə bəzi qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq. Bəzi universitetlərdə geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair kimi mühəndisliklə bağlı ixtisaslara qiyabi təhsilalma forması olmayacaq.
Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata əsasən, bu universitetdə Elm və Təhsil Nazirliyi tərəfindən 2 ixtisas üzrə plan yeri ayrılmadığı üçün həmin ixtisaslara qiyabi formada qəbul aparılmayacaq.
Həmçinin universitetdə tədris olunan bəzi ixtisaslara tələbat olmadığından onların əvəzinə yeni ixtisaslar açılıb.
Daha ətraflı “Xezerxeber.az” videomaterialında:
Bizim.Media