XİN-in İdarə rəisi deputatlığa namizəd oldu

Hazırda oxunan: XİN-in İdarə rəisi deputatlığa namizəd oldu

205940

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov deputatlığa namizəd olub.

Bizim.Media MSK-nın saytına istinadən xəbər verir ki, o, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Q.Məmmədov 2007-2008-ci illərdə NATO Beynəlxalq Qərargahının Müdafiə siyasəti və planlaması idarəsində tərəfdaşlıq zabiti vəzifəsində işləyib.

Q.Məmmədov 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qaya Məmmədov 16 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib, 2022-ci ildə bu vəzifədən geri çağırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin