Hərb və sülh - ABŞ üçün uğurlu namizəd KİMDİR?

Hazırda oxunan: Hərb və sülh - ABŞ üçün uğurlu namizəd KİMDİR?

205898

Hazırda beynəlxalq aləmdə ən aktual mövzulardan biri də məhz noyabrda ABŞ-da keçiriləcək 60-cı Prezident seçkiləridir.

Bizim.Media xəbər verir ki, ABŞ-ın 47-ci prezidentinin seçiləcəyi seçkilər üçün 2 namizəd qeydə alınıb: Demokratlar Partiyasından Kamala Harris və Respublikaçılar Partiyasından Donald Tramp.
Kimin seçiləcəyi isə əsas müzakirə mövzusudur.

Bizim.Media-ya açıqlamasında mövzuya münasibət bildirən politoloq İlqar Vəlizadə bildirir ki, bu, təkcə namizədlərin yox, komandaların, politexnoloqların mübarizəsidir və namizəddən çox onun imici ön plandadır:

“Sorğular göstərir ki, Harrisin şansı Trampdan azdır. Ancaq proseslər sürətlə inkişaf etdiyi, politexnoloqlar işlədiyi üçün hər şey dəyişə bilər, yəni, dəqiq proqnoz vermək çətindir”, - deyə siyasi şərhçi deyib.

Bildiyimiz kimi, Trampın 4 illik prezidentlik təcrübəsi var, ancaq Harris seçilərsə, bu onun ilk təcrübəsi olacaq. Bəs, o bu işi uğurla icra edə bilər?

“Harrisin komandasınının, məsələn, milli təhlükəsizlik üzrə müşavirinin, müdafiə nazirinin kimlər olacağı, konqresdən necə dəstək alacağı onun uğurunu şərtləndirən amillərdir. Bəli, Tramp təcrübəli namizəddir, o öz vəzifəsinin öhdəsindən məharətlə gəlib. Əgər Tramp seçilsə, xarici siyasəti Kamala Harrisin siyasətindən daha uğurlu olar”, - deyə politoloq cavablandırıb.

Hansı namizədin seçilməsindən asılı olaraq dünya siyasətində necə dəyişikliklər ola bilər?

“Şərti olaraq, Harrisi müharibə partiyasının, Trampı isə sülh partiyasının lideri adlandırırlar. Çünki Tramp həm Yaxın Şərqdəki, həm də Ukraynadakı proseslərə sülh planıyla yanaşır, onun sülhlə bağlı təklifləri olsa da, Harris və komandasının belə sülh təklifləri yoxdur. Gözlənilir ki, Tramp hakimiyyətə gəlsə, dünyada müharibələr, alovlanan ocaqlar səngiyəcək”.

Qeyd edək ki, sentyabrın 10-da ABC telekanalında Donald Tramp və Kamala Harrisin debatı baş tutacaq.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin