Hüseyn Abdullayev cari ilin 02 avqust tarixində ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Hüseyn Abdullayev infarkt keçirdi
Bildirilib ki, həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.
Məlumat üçün qeyd edilib ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir.
Bizim.Media