Tanınmış türkiyəli aktyor Peker Açıkalın beyin qanaması keçirib.
Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 61 yaşlı yumoristik aktyor nitq qabiliyyətini itirib. Onun nitq funkiyasını bərpa etmək üçün cərrahi əməliyyat edilməsi gözlənilir.
Qeyd edək ki, bir neçə il əvvəl infarkt keçirmiş aktyor həmin vaxt da uzun müddət xəstəxanada müalicə almışdı. Onun daha öncə ürəyinə kardiostimulyator yerləşdirilmişdi.
Xatırladaq ki, P. Açıkalın “Çiçek taksi” serialında fırıldaqçı Ömər, “Avrupa yakası”ndakı Qaffur rolları ilə məşhurlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:20 / 09.08.2024
Məşhur türkiyəli aktyor nitq qabiliyyətini itirdi
Hazırda oxunan: Məşhur türkiyəli aktyor nitq qabiliyyətini itirdi
Hazırda oxunan: Məşhur türkiyəli aktyor nitq qabiliyyətini itirdi
205860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.