Bu il Azərbaycanda nə qədər qaz HASİL OLUNUB?

Hazırda oxunan: Bu il Azərbaycanda nə qədər qaz HASİL OLUNUB?

205801

Bu ilin Yanvar-İyul ayları ərzində ölkədə təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.  

Bildirilib ki, qazın 7,7 milyard kubmetri AÇG-dən, 16,5 milyard kubmetri “Şahdəniz”dən, 0,9 milyard kubmetri Abşerondan, 4,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1,3 milyard kubmetr artım qeydə alınıb. 

Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 5,7 faiz çoxdur.

Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub. 
 

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2024-cü il tarixinədək 641,4 milyon ton neft (kondensatla birlikdə), 449,5 milyard kubmetr qaz hasil edilib.


AÇG-dən 594,4 milyon ton neft, 224 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə 225,5 milyard kubmetr qaz, 47 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 639,5 milyon ton neft (kondensatla birlikdə), təxminən 160,7 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin