“Son hadisələrdən sonra (İsmayıl Haniyə və Fuad Şükürün öldürülməsi – red.) Qəzza zolağında atəşkəsin təmin olunması və girovların azad edilməsi ilə bağlı İsrail və Fələstinin HƏMAS hərəkatı arasında razılığa gəlmək ehtimalı artıb”.
Bizim.Media xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu “Time” jurnalına müsahibəsində bildirib.
Netanyahu qeyd edib ki, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin və Hizbullahın hərbi qanadının komandiri Fuad Şükürün öldürülməsi ilə əvvəllər razılaşmanın bağlanmasına mane olan “radikal elementlər” aradan qaldırıb.
Baş nazir vurğulayıb ki, indi bu “radikal fiqurlar” aradan qaldırıldıqdan sonra razılığa gəlmək şansları xeyli artıb.
Bununla belə, Netanyahu Haniyə və Şükürün ölümündə İsrailin mümkün iştirakı ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, Hizbullahın hərbi qanadının komandiri Fuad Şükür iyulun 30-da Beyrutda qətlə yetirilib. HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə isə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:00 / 08.08.2024
Netanyahu: “HƏMAS-la razılığa gəlmək ehtimalımız artıb”
Hazırda oxunan: Netanyahu: “HƏMAS-la razılığa gəlmək ehtimalımız artıb”
Hazırda oxunan: Netanyahu: “HƏMAS-la razılığa gəlmək ehtimalımız artıb”
İsrail Baş Naziri Benyamin Netanyahu, HƏMAS-la mövcud atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəlmə ehtimalının artdığını vurğulayıb. Netanyahu, HƏMASın rəhbərinin öldürülməsinin bu razılığa mane olduğunu deyib, lakin radikal elementlərin aradan qaldırılmasının bu şansı artırdığını söyləyib.
205713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.