Rusiya MN-dən Kurskdakı son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Rusiya MN-dən Kurskdakı son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO

Rusiya'nın Kursk vilayətində Ukrayna tərəfinin irəliləməsinin qarşısı alındı. Sutka ərzində döyüşlərin yaşandığı Sudja və Korenevsk rayonlarında gecə saatlarında hava zərbələri endirilmişdir. 400-dən çox hərbi qulluqçu öldürülüb, 32-dən artıq zirehli texnikası sıradan çıxarılıb.
205673

Kursk vilayətində Ukrayna tərəfinin irəliləməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görülən adekvat tədbirlər nəticəsində Ukrayna tərəfinin irəliləməsinin qarşısı alınıb.

Sutka ərzində Kursk vilayətinin Ukrayna ilə sərhəddəki Sudja və Korenevsk rayonları ərazisində döyüşlərin getdiyi açıqlanıb.

Gecə saatlarında Sum vilayəti ərazisində Ukrayna ordusunun mövqelərinə hava zərbələri endirilib. Nəticədə qarşı tərəfindən 400-dən çox hərbi qulluqçu öldürülüb, 32-dən artıq zirehli texnikası sıradan çıxarılıb.

Ümumilikdə Kurskda döyüşlər başladıqdan bu yana Ukrayna ordusu 660-dan çox şəxsi heyət üzvünü itirib.

İnformasiyada o da bildirilir ki, onların 12 ədəd zirehti transportyor, 6 ədəd piyadaların döyüş maşını, 55 ədəd zirehli avtomobil və mühəndis texnikası daxil olmaqla, 32 ədəd hərbi texnikası sıradan çıxarılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin