ABŞ-ın Zəngəzur PLANI – Ermənistanın növbəti təxribatları üçün HAZIRLIQ GEDİR – TƏHLİL

Hazırda oxunan: ABŞ-ın Zəngəzur PLANI – Ermənistanın növbəti təxribatları üçün HAZIRLIQ GEDİR – TƏHLİL

ABŞ-ın Zəngəzur PLANI – Ermənistanın növbəti təxribatları üçün HAZIRLIQ GEDİR – TƏHLİL. ABŞ hərbi təyyarələrinin Ermənistan hava limanına enib silah-sursatları daşımaları, Qərbin Cənubi Qafqazdakı fəaliyyətlərinə dair hazırlıqları və Zəngəzur planının aktivləşdirilməsini əhatə edir.

205671

Xəbər verdiyimiz kimi, 2-3 avqustda ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə enib

“Caliber.az”ın məlumatına görə, sözügedən hərbi təyyarələr ABŞ hərbçilərini və silah-sursatlarını daşıyıb.

ABŞ hərbi təyyarəsinin Ermənistanda nə işi var?

Məlum olduğu kimi, aprelin 5-də ABŞ və Avropa İttifaqı Ermənistanla əməkdaşlığa dair saziş imzalandı. Tərəflər nə qədər təkzib etsələr də, müzakirələrin gizli aparılması Ermənistana hərbi dəstək məsələsinin də razılaşdırıldığını sübut edirdi.

Sonradan baş verən proseslər də bu iddianın doğruluğunu təsdiqlədi. Belə ki, bir müddət əvvəl Aİ Ermənistana 10 milyonluq hərbi yardım paketi ayırdı. Bundan əlavə, iyulun 15-də Ermənistanda “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimlərinə start verildi.

Bir neçə gün əvvəl Zvartnotsa enən hərbi təyyarə də Qərblə Ermənistan arasında hərbi bağların möhkəmləndirildiyini deməyə əsas verir.

Qərbin məqsədi nədir?

Azərbaycanın Qarabağ problemini öz gücü ilə həll etməsi, daha sonra Gürcüstanın müstəqil siyasət yoluna qədəm qoyması Qərbin Cənubi Qafqazda əl-qolunu bağladı. Nəticədə ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda manevr imkanlarını itirdi.

Belə olan halda Qərb bölgəyə daxil olmaq üçün ən zəif bəndi – Ermənistanı oyuncağa çevirmək planını işə saldı. Rusiyadan incik düşən Paşinyan isə ölkəsinin qapılarını Qərbə taybatay açdı. Nəticədə Qərbin xeyir-duası ilə regionda sabitliyin pozulması yönündə təxribatlara start verildi.

Xatırladaq ki, Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib.

ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçdi. Bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan ordusunun bölmələrinə qarşı hərbi təxribat törətdi.

Zəngəzur planı aktivləşdirilir

Ancaq bu, hamısı deyil. ABŞ Ermənistana göndərdiyi silah-sursatı təbii olaraq erməni hərbçilərinə həvalə etməyib. Onları idarə etmək üçün hərbçilərini də Ermənistana göndərib. Həmin hərbçilərin Ermənistan Silahlı Qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdirildiyi bildirilir.

Əvvəlki hadisələri göz önünə gətirsək, ABŞ Cənubi Qafqazda növbəti təxribat hazırlığında olduğunu görə bilərik. Böyük ehtimalla, həmin təxribatlar məhz Zəngəzur istiqamətində törədiləcək.

Onu da qeyd edək ki, bu planın icrasında təkcə ABŞ iştirak etmir. Avropa İttifaqının müşahidə missiyası adı altında Ermənistana göndərdiyi kəşfiyyatçılar da topladıqları məlumatları Ermənistana ötürürlər. Beləcə, kollektiv Qərb növbəti təxribatlara birgə zəmin hazırlayır.

ABŞ səfirliyinin söz oyunu

Amerika hərbçilərini və silah-sursatı daşıyan hərbi təyyarənin İrəvana gəlməsi xəbərləri geniş tirajlandıqdan sonra, Ermənistanın “News.am” saytı məlumatı təsdiqləmək üçün ABŞ-ın bu ölkədəki səfirliyinə sorğu ünvanlayıb.

Səfirliyin sorğuya cavabı isə mövzudan tamamilə uzaq olub:

“İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib”.

Göründüyü kimi, faktları təkzib edə bilmədiklərinə görə, mövzunu dəyişməklə cavabdan qaçmağa çalışıblar. Buradan da aydın olur ki, pərdəarxasında yeni təxribatların planları cızılır.

Təəssüf ki, ABŞ-ın ölkəmizdəki səfirliyi də hələlik məsələ ilə bağlı açıqlama verməyib. Görünür, onların başları daha “ciddi” işlərə qarışıb...

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin