Azərbaycanda meşədə sərxoş vəziyyətdə dövlət qurumlarının qaynar xəttinə zəng edən şəxsə hökm oxunub.
Bizim.Media “qaynarinfo.az"a istinadən xəbər verir ki, 1982-ci ildə Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuş C.V. bir sıra dövlət qurumlarının qaynar xəttinə zəng edərək, özünü öldürəcəyini deyib.
Dərhal hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb ediliblər, şəxsin yeri müəyyən olunub. Nazirliklərin əməkdaşları C.V.-ni sərxoş vəziyyətdə meşədən tapıblar. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib.
Təqsirləndirilən şəxs məhkəmədə inzibati xətanı törətməsini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, çox böyük səhv etdiyini və bir daha belə hallara yol verməyəcəyini deyib. O, hakimə söz verərək, bundan sonra spirtli içki qəbul etməyəcəyini bildirib və məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş edib.
Hakim Osman Vəliyev təqsirləndirilən şəxsin verdiyi sözü nəzərə alaraq, onu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 150 manat cərimə edib. C.V. məhkəmə zalından azad edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:34 / 08.08.2024
Hakimə söz verdi, həbsdən azad edildi: "Daha içməyəcəyəm..."
Hazırda oxunan: Hakimə söz verdi, həbsdən azad edildi: "Daha içməyəcəyəm..."
Hazırda oxunan: Hakimə söz verdi, həbsdən azad edildi: "Daha içməyəcəyəm..."
Cəlilabad rayonunda meşədə sərxoş vəziyyətdə dövlət qurumlarının qaynar xəttinə zəng edən şəxs hökm oxunaraq azad edilib. Şəxs hakimə söz verərək içməyəcəyini və inzibati xətanı törətməkdə səmimi peşman olduğunu deyib.
205670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.